“Barselona” “İnter”in ulduzunu hədəfə aldı
“Barselona” “İnter”in müdafiəçisi Alessandro Bastonini transfer etməkdə maraqlıdır,
Aut.az “Fichajes”ə istinadən xəbər verir ki, kataloniyalılar 26 yaşlı italiyalını 2026-cı ilin yayında heyətinə qatmaq niyyətindədir. Bu yay “İnter” futbolçunu “Çelsi”yə 50 milyon avroya satmaqdan imtina etmişdi.
2024/25 mövsümündə Bastoni bütün turnirlərdə 57 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir. Transfermarkt oyunçunu 80 milyon avro dəyərində qiymətləndirir.
Aut.az
