Məşhur futbolçu doğma klubunu alır
Hazırda Qətərin “Əl-Ərəbi” klubunda çıxış edən məşhur italiyalı yarımmüdafiəçi Marko Verratti “Peskara” klubunun şərikli sahibi olacaq.
Aut.az xəbər verir ki, bu barədə “Eurosport” məlumat yayıb.
İtaliya millisinin 32 yaşlı keçmiş futbolçusunun klubun səhmlərinin 44%-ni alacağı gözlənilir. Artıq ilkin müqavilə imzalanıb. Yarımmüdafiəçi klubun səhmləri üçün 1,5 milyon avro ödəyəcək.
Qeyd edək ki, “Peskara” Verrattinin doğma klubu və onun karyerasında yeganə italyan komandasıdır. O, 2008-2012-ci illərdə “Peskara”nın əsas komandasında çıxış edib, sonra PSJ-yə keçib. “Delfinlər” hazırda İtaliya çempionatının üçüncü güclü divizionu olan C Seriyasının B qrupunda çıxış edir.
Aut.az
