Türkiyəİngiltərəİtaliya

Yıldıza görə 100 milyonluq təklif gəldi – “Yuventus” bu cavabı verdi

“Yuventus” türkiyəli cinah oyunçusu Kənan Yıldızı Londonun “Arsenal” klubuna satmaqdan imtina edib.

Aut.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.

Mənbələrə görə, “Arsenal” Yıldız üçün 100 milyon avro təklif edib ki, bu da 21 yaşlı cinah oyunçusunu tarixin ən bahalı türk oyunçusu edəcəkdi. Lakin “Yuventus” aparıcı oyunçularından birini heç bir qiymətə satmaq niyyətində deyil.

Kənan Yıldız 2022-ci ilin yayında “Bayern”in akademiyasından azad agent kimi ayrılaraq “Yuventus”a keçib.

Ötən mövsüm oyunçu bütün yarışlarda 47 oyun keçirib, 11 qol vurub və 10 məhsuldar ötürmə edib. Bu ilin fevral ayında 21 yaşlı oyunçu “Yuventus”la müqaviləsini 2030-cu ilin yayına qədər uzadıb. “Transfermarkt” onun dəyərini 75 milyon avro qiymətləndirir.

Xatırladaq ki, 2025/26 mövsümündə Serie A Yıldızı yüksələn ulduz kimi tanımışdı.

Aut.az