İngiltərə

“Çelsi”nin stadionunda biabırçılıq: Rəqibin heyətinin əvəzinə… – FOTO

İngiltərə Liqa Kubokunun 3-cü mərhələsi çərçivəsində keçirilən “Çelsi” – “Barrou” matçında (5:0) qalmaqal yaşanıb.

Aut.az xəbər verir ki, “Stemford Bridc” stadionunun tablosunda start heyətləri göstərilərkən səhvə yol verilib. Tamaşaçılar “Barrou”nun əvəzinə “Kristal Pelas”ın start heyətini görüblər.

Qeyd edək ki, dünənə qədər sözügedən arenanı ziyarət edən sonuncu komanda “Kristal Pelas” idi. Premyer Liqanın 3-cü turunun sentyabrın 1-də keçirilən oyununda (1:1) komandalar üz-üzə gəliblər.

Aut.az

"Çelsi"nin stadionunda biabırçılıq: Rəqibin heyətinin əvəzinə... - FOTO