Bu klub 100 illiyi münasibətiylə xüsusi forma təqdim etdi – FOTO/VİDEO
“Monako” yaranmasının 100 illiyini qeyd edir.
Aut.az xəbər verir ki, bu münasibətlə knyazlıq klub məhdud sayda forma dəsti istehsal edib. Dəst retro dizayna malikdir. Köynək tünd göy, şort ağ rəngdədir. Sinə üzərində retro loqotip və klubun mövcud olduğu illər (1924 – 2024) var.
Qeyd edək ki, “Monako” 5 turdan sonra 13 xalla PSJ və “Marsel” ilə ilk üç sıranı bölüşür.
Aut.az


