Mövsümün komandası açıqlandı: Keyn, Musiala, Virts…
“WhoScored” portalı Bundesliqa 2024/25 mövsümünün rəmzi komandasını açıqlayıb.
Aut.az xəbər verir ki, siyahı mövsüm ərzində ən yüksək orta reytinqə sahib olan futbolçular əsasında tərtib edilib.
3-5-2 sistemi ilə qurulan heyətdə çempion “Bavariya”dan 5 futbolçu yer alıb. Sürpriz şəkildə avrokuboklardan kənar qalan “Leypsiq” isə 3 oyunçu ilə təmsil olunub. Digər 3 futbolçu isə “Union”, “Bayer Leverkuzen” və “Borussiya Mönhenqladbax”ın üzvləridir.
Qapıçı: Peter Qulaçi (Leypsiq) – 6.89
Müdafiəçilər: Dayo Upamekano (Bavariya) – 7.22, Villi Orban (Leypsiq) – 7.08, Diogu Leyte (Union Berlin) – 7.03
Yarım-müdafiəçilər: Maykl Olise (Bavariya) – 7.74, Florian Virts (Bayer Leverkuzen) – 7.50, Yozua Kimmix (Bavariya) – 7.38, Camal Musiala (Bavariya) – 7.56, Xavi Simons (Leypsiq) – 7.32
Hücumçular: Harri Keyn (Bavariya) – 7.72, Tim Klayndinst (Borussiya Mönhenqladbax) – 7.35
Aut.az
