“Qalatasaray” istədiyi qapıçını Fransada tapdı
“Qalatasaray” “Nitsa”nın qapıçısı Marçin Bulkanın transferi ilə bağlı danışıqlar aparır.
Aut.az “Foot Mercato”ya istinadən xəbər verir ki, Polşa millisinin 25 yaşlı oyunçusunun “gimnastlar”la yeni müqavilə ilə bağlı danışıqları dayandırılıb və qapıçı bu yay klubunu dəyişəcəyini etiraf edib.
Bulka Liqa 1-in son mövsümündə keçirdiyi 34 matçdan 8-də qapısını toxunulmaz saxlayıb. Onun müqaviləsi 2026-cı ilin iyununa qədərdir.
“Nitsa” Liqa 1-də 4-cü yeri tutub və Çempionlar Liqasına vəsiqə qazanıb.
Aut.az
