“Komo” Fabreqasla bağlı qərar verdi: Onu buraxacaqlar?
“Komо” klubu baş məşqçisi Sesk Fabreqası buraxmaq fikrində deyil.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, 37 yaşlı ispaniyalı mütəxəssisin klubdan ayrılması heç vaxt gündəmdə olmayıb. O, İtaliya təmsilçisinin gələcək planlaşdırılmasında aktiv iştirak edir.
“Bayer”, “Roma”, “Leypsiq” və digər Avropa klublarının Fabreqasın xidmətində maraqlı olduğu bildirilir.
Qeyd edək ki, Sesk Fabreqas 2024-cü ilin yayından etibarən “Komо”nun baş məşqçisidir. Onun rəhbərliyi ilə A Seriyasının debütantı olan klub 36 turdan sonra 48 xalla turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.
Aut.az
