Əfsanədən “Arsenal”a tövsiyə: Bizi bizə bu iki nəfər kimi hücumçu gərək deyil
İan Rayt ümid edir ki, “Arsenal” yeni hücumçu transfer edərkən səhvə yol verməyəcək.
Aut.az xəbər verir ki, “Arsenal”ın keçmiş hücumçusu bu barədə İngiltərə mətbuatına danışıb.
“85 milyon funt-sterlinq qiyməti olan Darvin Nunesə baxın. Mən əmin deyiləm ki, “Arsenal” yeni transferlə bağlı səhv edə bilər. Bəli, bizə çoxlu hücumçu lazımdır, amma gəlib qol vuracaq forvard lazımdır. Heylund və Nuneslə olduğu kimi vəziyyətləri təkrarlaya bilmərik.
Düşünürəm ki, Artetanın yayda pulu olacaq, amma pulun qarşılığını verməyən bir forvardı transfer edə bilmərik. Dürüst olaq: bu ikisi – Heylund və Nunes hələ onlara xərclənən pulu geri qaytarmayıblar”, – Rayt deyib.
Aut.az
