Digər

Azərbaycanın millilərində yeni məşqçi təyinatı

Azərbaycan Karate Federasiyası (AKF) rəhbərliyinin müvafiq əmri ilə Tural Ağalarzadə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət kumite millisinin köməkçi məşqçisi təyin olunub.

Aut.az xəbər verir ki, bu barədə AKF-nin mətbuat xidməti məlumat yayıb.

Təyinat baş məşqçi Anar Allahverdiyevin rəhbərliyi altında komanda heyətinin daha da gücləndirilməsi və gənc idmançıların peşəkar səviyyədə hazırlanması məqsədi daşıyır.