Münhen haqqında danışanda bədənim ürpəşir – Prezident
PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi komandasının Çempionlar Liqasının finalına yüksəlməsi ilə bağlı duyğularını bölüşüb.
Çərşənbə günü, mayın 7-də parislilər cavab matçında “Arsenal”ı məğlub edərək (2:1) ümumi hesabda 3:1 hesabı ilə qalib gəliblər.
Aut.az xəbər verir ki, Əl-Xəlaifinin sözlərini “RMC Sport” sitat gətirib.
“Qrup mərhələsinin bitməsinə üç oyun qalmış, pley-offa düşə bilməyəcəyimiz deyildiyi vaxt finala çıxacağımızı söyləsəydiniz… Amma mən həmişə oyunçularıma, məşqçimə, heyətə güvənirdim. Mənə elə gəlirdi ki, bu mövsüm xüsusi bir şey var, meydanda və meydandan kənarda hamı bir-biri üçün mübarizə aparırdı, hamı sevinirdi və qürur duyurdu.
Mənimlə Münhen haqqında danışanda bədənim ürpəşir. Münhenə çatmaq çox çətin idi. Futbolçularla həqiqətən fəxr edirəm. Məncə, Çempionlar Liqasının finalına yüksələn ən gənc komandayıq. Çempionlar Liqasının tarixinə düşdük. Amma bizi hələ iki çox vacib oyun gözləyir: Çempionlar Liqasının finalı və Fransa Kuboku. Bu, heyrətamiz olacaq”, – Əl-Xəlaifi deyib.
Aut.az
