ÇL-də “həftənin ən yaxşısı” adına iki namizəd
UEFA yarımfinal mərhələsinin cavab oyunlarının nəticələrinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu mükafatına iki iddiaçının adını açıqlayıb.
Aut.az xəbər verir ki, bu futbolçular PSJ-nin müdafiəçisi Əşrəf Hakimi və “İnter”in qapıçısı Yann Sommerdir.
Hakimi “Arsenal” üzərində 2:1 hesablı qələbədə bir qol vurub, Sommer isə möhtəşəm qurtarışlarına görə “Barselona” ilə matçın (4-3) ən yaxşı oyunçu seçilib.
