Hakan “Siti” ilə heç-heçədən razıdır?
“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu yenilənmiş Çempionlar Liqasının ilk oyununda “Mançester Siti” ilə heç-heçəni (0:0) şərh edib.
Aut.az xəbər verir ki, Hakan bur barədə UEFA-nın saytına danışıb.
“Güclü komandaya qarşı yaxşı oyun göstərdik. Əlimizdən gələni etdik, qol imkanlarımız oldu.
Düşünürəm ki, hər iki komanda hamıya yaxşı futbol nümayiş etdirdi və biz heç-heçədən razıyıq”, – Çalhanoğlu bildirib .
Aut.az
