İspaniya

Arda da onun kimi fenomendir, ikisi dünyanı dəli edəcəklər – Məşhur italyan

Məşhur italyan futbolçu Antonio Kassano Arda Gülər ​​və Lamin Yamalın eyni səviyyədə oynadığını bildirib.

Aut.az xəbər verir ki, “Real”ın keçmiş hücumçusu bu haqda “Viva el Futbol” kanalında danışıb.

“Güləri Yamalla müqayisə etmək olar – heç bir “amma” və ya “əgər” yoxdur. Laminin cəmi 17 yaşı var və Arda Ançelottinin rəhbərliyi altında çox oynamır, çünki o, hər kəsin komandada rahat olmasını istəyir.

Amma Arda da Yamal kimi fenomendir. Növbəti 15 il ərzində bu ikisi dünyanı dəli edəcək.

Güləri hər yerdə istifadə etmək olar, o, hər şeyi bacarır, hətta Di Mariya kimi hücumameyilli yarımmüdafiəçi kimi də oynaya bilər.  Keyfiyyətlidir və şəxsiyyəti var. Ümid edirəm ki, “Real”ın növbəti məşqçisi onu əsas oyunçu edəcək”, – Kassano deyib.

Aut.az