Çempionlar Liqasıİspaniya

“Barselona”nın ulduzu Mxitaryana görə UEFA-ya müraicət etdi: Ciddi yanaşılmalıdır

“Barselona”nın yarımmüdafiəçisi Pedri Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter”ə qarşı cavab oyunundakı məğlubiyyətdən sonra açıqlama verib.

Aut.az xəbər verir ki, hakim Şimon Marçinyakdan narazılığını bildirən ispaniyalı futbolçu UEFA-ya müraciət edib.

“Məşqçimizin şübhəli hakim qərarları ilə bağlı dedikləri ilə tam razıyam. Bu hakimin idarə etdiyi oyunlarda artıq bir neçə dəfə bənzər situasiyalarla üzləşmişik. UEFA bu məsələlərə ciddi yanaşmalıdır. Bəzi anlar olur ki, nə baş verdiyini anlamaq mümkün deyil. Bugünkü oyunda da bütün mübahisəli epizodlar rəqibin xeyrinə dəyərləndirildi.

Xüsusilə Yamalın iştirakı ilə olan epizodu xatırlamaq istəyirəm. Məncə, Henrik Mxitaryanın sarı vərəqəsi var idi. O vəziyyətdə hakim ya penalti, ya da cərimə qərarı verməli idi. Hər iki halda bu, ikinci xəbərdarlıq olmalıydı. Amma nə sarı vərəqə oldu, nə də penalti. Açığı, bunu başa düşmək çətindir.”

Qeyd edək ki, “İnter”ə 3:4 hesabı ilə məğlub olan (ilk oyun 3:3) “Barselona” finalın bir addımlığında Çempionlar Liqası ilə vidalaşıb.

Aut.az