“Real” onu geri qaytaracaq?
“Bornmut”da icarə əsasında çıxış edən “Çelsi”nin qapıçısı Kepa Arrizabalaqa yenidən “Real”a keçə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin sözlərinə görə, buna səbəb Andrey Luninin klubdakı ikinci qapıçı statusundan narazı olmasıdır. Bununla əlaqədar ukraynalı yayda komandanı tərk edə bilər.
“Real” 2023/24 mövsümündə icarə əsasında Madrid klubunda çıxış edən Kepanı nəzərdən keçirir. Klub “Espanyol”un qapıçısı Xoan Qarsiya ilə də maraqlanır.
Aut.az
