İspaniya

Yamalı bu mərasimdə 20 nəfər ailə üzvü müşayiət edəcək: Parisdə nə gözlənilir?

“Barselona”nın 18 yaşlı hücumçusu Lamin Yamal əksəriyyəti ailəsi olan 20 nəfərin müşayiəti ilə “Qızıl top” mərasimində iştirak edəcək.

Aut.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, tədbir Parisdəki “Téâtre du Châtelet”də baş tutacaq.

Mənbənin məlumatına görə, futbolçunun ailə üzvləri də özü kimi İtaliyanın “Dolce & Gabbana” moda evinin paltarlarını geyinəcək.

18 yaşlı futbolçunun qalib gələcəyi təqdirdə Parisdə özəl gecə təşkil etməyi planlaşdırdığı vurğulanır. Bununla belə, təfərrüatlar gizli saxlanılır.

Tarixdə dördüncü dəfə mükafat təqvim ilinə deyil, mövsümün nəticələrinə (2024-cü il avqustun 1-dən 2025-ci il iyulun 13-nə kimi) əsasən təqdim olunacaq.

Aut.az