“Real”a 3 oyunçudan şad xəbər: Zədələri sağaldı
Milli komandanın oyunları üçün yaranan fasilə başa çatdıqdan dərhal sonra müdafiəçi Eder Militao, eləcə də yarımmüdafiəçilər Cud Bellingem və Orilyen Çouameni “Real”ın məşqlərinə qayıdıbar.
Aut.az xəbər verir ki, Hər üç futbolçu İspaniya liqasının növbəti matçı üçün baş məşqçi Karlo Ançelottinin sərəncamında olacaq.
David Alaba, Eduardo Kamavinqa, Dani Seballos və Xesus Valyexo isə zədələrinə görə hələ də komandadan kənar qalıblar.
Qeyd edək ki, madridlilər La Liqanın 5-ci turunda “Real Sosyedad”ın qonağı olacaqlar. 4 turdan sonra “qalaktikos” 8 xal toplayıb və ikinci pillədə qərarlaşıb.
Aut.az
