İspaniya

Yamal seçimini etdi: “Barsa”nın əfsanəsi olacaq, yoxsa…

“Barselona”nın hücumçusu Lamin Yamal gələcək karyerası barədə danışıb.

Aut.az xəbər verir ki, o, bütün karyerasını Kataloniya klubunda keçirmək istəyir:

“Mənim üçün təzminat məbləği olan 120 milyonun ödənilməsini istəmirəm. Çünki o zaman “Barselona”dan ayrılmalı olacağam. Ümid edirəm ki, “Barsa”dan heç vaxt ayrılmayacağam. Burada qalıb əfsanə olmaq istəyirəm”.

Qeyd edək ki, Yamal “Barselona”nın yetirməsidir.

Aut.az