İngiltərə

“Ən yaxşı oyunçu” mükafatına namizədlər açıqlandı 

İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı oyunçusu mükafatına namizədlərin siyahısını açıqlanıb.

Aut.az xəbər verir ki, namizədlər arasında Rayan Ait-Nuri (“Vulverhempton”, 1 qol və 2 məhsuldar ötürmə), Harvi Barns (“Nyukasl”, 4 qol və 2 məhsuldar ötürmə), Aleksis MakAllister (“Liverpul”, 2 qol və 1 məhsuldar ötürmə), Ceykob Mörfi (“Nyukasl”, 3 qol və 3 məhsuldar ötürmə), Morqan Rocers (“Aston Villa”, 1 qol və 4 məhsuldar ötürmə), Ryan Sessenyon (Fulhem, 2 qol və 2 məhsuldar ötürmə) və Yorgen Larsenin (Vulverhempton, 4 qol) adı var.

Qalib mayın 5-də azarkeşlərin və ekspertlərin səsverməsi ilə müəyyənləşəcək.

Aut.az