Böyrəyini ona bağışlayan şəxsə belə təşəkkür etdi – FOTO
Milli Basketbol Assosiasiyasının (NBA) keçmiş oyunçusu və hündürdən atışlar müsabiqəsinin üçqat çempionu Neyt Robinson böyrəyini ona bağışlayan şəxsə təşəkkür edib.
Aut.az xəbər verir ki, donorun Şeyn Klivlend olduğu bildirilir. Neyt təxminən 20 ildir böyrək çatışmazlığı ilə mübarizə aparırdı və 2024-cü ilin yazında böyrək donoru tapılmasa, ölə biləcəyini açıqladı. Böyrək transplantasiyası əməliyyatı bu ilin əvvəlində Vaşinqton Universitetində həyata keçirilib.
“Mən bu oğlana təşəkkür etmək istəyirəm. Bəzi insanlar heç vaxt öz qəyyum mələkləri ilə görüşə bilmirlər. İndi bir qardaşım var. Bu mənim kiçik qardaşımdır. O, mənə necə kömək etdi! Mən bacardığım qədər mübarizə apardım”, – Robinson “Playmaker”də deyib.
Aut.az


