İngiltərə

Premyer Liqanın yeni mövsüm üçün təqvimini açıqlandı: Yeniliklər var

İngiltərə Premyer Liqasında 2024/25 mövsümü üçün təqvimi açıqlanıb.

Aut.az xəbər verir ki, mövsüm avqustun 16-da “Mançester Yunayted” – “Fulhem” oyunu ilə başlayacaq və mayın 25-də başa çatacaq.

Milad və Yeni il müddətində gərgin iş qrafikinin öhdəsindən gəlmək üçün üç bayram turunda daha çox asudə vaxtın keçirilməsi üçün tədbirlər görülüb. Bir matçdan sonra 60 saat ərzində heç bir klub oynamayacaq. Bundan əlavə Milad bayramına təsadüf edən 24 dekabr tarixində heç bir oyun keçirilməyəcək.

Bundan əlavə, Premyer Liqa mövsümünün avqustun ortalarında başlamasına imkan vermək üçün mövsüm ortası fasiləsi təqvimdən çıxarılıb. Bu uzadılmış yay fasiləsi bütün Premyer Liqa klublarına futbolçulara minumum üç həftəlik istirahət imkanı verəcək.

Aut.az

Image