Dünya futbolu

Messi başqa hansı idman növlərini sevir?

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi futboldan başqa hansı idman növlərini sevdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, o, tennis və ona oxşar padeli sevdiyini bildirib:

“Mən padel oynamaqda çox yaxşı deyiləm. Mən oynamaqdan həzz alıram, amma orta padel oyunçusuyam. Mən həm də tennisi sevirəm, amma onu necə oynayacağımı bilmirəm. Həyat yoldaşım Antonella və mən bir neçə dərsə getdik, amma daha getmirik”.

Aut.az