Madrid meri KDÇ haqda: Barselona” orada olmayacaq, bu sevinc…
Madrid meri Klublararası Dünya Çempionatında “Atletiko”nun uğur qazanacağına ümid edir.
Aut.az xəbər verir ki, Xose Luis Martinez-Almeyda siyasətçi kimi “Laureus” mükafatlarının təqdimatına qatılıb və “Atletiko”nun futbolçusu Konor Qallagerə nə deyəcəyi ilə bağlı sualı cavablandırıb.
“Mən onu görmədim. Amma görsəydim, deyərdim ki, mümkün qədər yüksək yer tutmalıyıq. Klublararası dünya çempionatı unikal fürsətdir.
Burada cəmi 32 komanda iştirak edir. Məsələn, “Barselona” orada olmayacaq. Və bu sevinc bizim üçün çox faydalı olardı”, – deyə “Atletiko”nu dəstəkləyən mer deyib.
Aut.az
