İtaliya

Braziliyalıların planları pozuldu: Sabiq klubları Ançelottini geri qaytarmaq istəyirlər

“Real”ın baş məşqçisi Karlo Ançelotti Braziliya millisinə keçmək üçün danışıqlar aparır.

Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat verib.

Yerli futbol federasiyası italyan məşqçi ilə bu yay müqavilə imzalayacağına əmindir. Lakin “Kral klubu”nun 65 yaşlı italyanla əməkdaşlığa son qoyacağına dair məlumatlar ortaya çıxdıqdan sonra 2 klub ona maraq göstərməyə başlayıb ki, bu da braziliyalılara problem yarada bilər

A Seriyasının iki klubu, “Milan” və “Roma” Ançelottinin xidmətlərində maraqlıdırlar. Onlar mütəxəssisə yad deyillər.  65 yaşlı italyan 1979-1987-ci illərdə paytaxt təmsilçisini, 1987-1992 və 2001-2009-cu illərdə “rossoneri”ni çalışdırıb, Milan təmsilçisi ilə 2 dəfə Çempionlar Liqasının qalibi olub.

Aut.az