Dünya futboluİngiltərə

Premyer Liqanın bu oyununun topu Çin liderinə verildi

Cümə axşamı günü Böyük Britaniyanın Baş naziri Kir Starmer Çin Prezidenti Si Cinpin ilə görüşüb.

Aut.az xəbər verir ki, Britaniya mediası Starmerin “Arsenal” və “Mançester Yunayted” arasında keçirilən İngiltərə Premyer Liqası matçında istifadə edilən topu hədiyyə olaraq Çin liderinə verdiyini yazıb.

Si Cinpinin “Mançester Yunayted” azarkeşi olduğu, Kir Starmerin isə “Arsenal”ı dəstəklədiyi güman edilir. Xatırladaq ki, “Mançester Yunayted” səfərdə “Arsenal”ı 3-2 hesabı ilə məğlub edib.

Aut.az