“Roma” özbəklə bağlı qərar verdi
29 yaşlı hücumçu Eldor Şomurodov “Roma” ilə müqaviləsini 2027-ci ilə qədər uzadıb.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Nikolo Şira məlumat verib.
Mənbənin sözlərinə görə, klub özbək futbolçunu ötən qış satmaq istəsə də, komandanın baş məşqçisi Klaudio Ranyeri Şomurodovun qalmasına qərar verib.
Bu mövsüm forvard bütün turnirlərdə 32 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun əmək müqaviləsi 2026-cı ilin yayına qədərdir.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 4 milyon avrodur.
Aut.az
