Həvəskar olduğu vaxtdan bunu pis edir: Usikin zəif tərəfini göstərdi
WBC versiyasında müvəqqəti çempion, alman Aqit Kabayel divizionun lideri, məğlubiyyətsiz ukraynalı Aleksandr Usiklə potensial döyüşdən danışıb.
“Ola bilsin ki, mən onun ən pis kabusu olmayacağam, amma o, mənim üslubumda mütləq problem yaşayacaq. Mən onu dərinliyə çəkib üzə bildiyini yoxlayacağam, buna şübhə yoxdur.
Mənim zərbələrimdən müdafiə olunmaq çox çətindir. Usik isə belə zərbələri yaxşı qəbul etmir. Həvəskar olanda bunu pis bacardığı görünürdü”, – “Sport.de” Kabayeldən sitat gətirib.
Aut.az
