İtaumadan möhtəşəm qələbə: İlk raundda… – VİDEO
“WBO Inter-Continental” və “WBA International” ağır çəki çempionu Mozes İtauma keçmiş WBC müvəqqəti titul sahibi Dillyan Uayt üzərində qələbə qazanıb.
Aut.az xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının Riyad şəhərində baş tutub. 20 yaşlı britaniyalı İtauma birinci raundda nokautla qalib gəlib.
Beləliklə, məğlubedilməz İtauma karyerasında 13-cü qələbəsini əldə edib. 37 yaşlı Uayt isə 34-cü döyüşündə 4-cü məğlubiyyətini alıb.
Aut.az
