Boks

“Dəmir Mayk”dan təsirli etiraf: Mən pulsuz qalanda, hamı qaçdı

Əfsanəvi boksçu Mayk Tayson peşəkar rinqdə ilk məğlubiyyətini – 1990-cı ildə Baster Duqlasa məğlub olduğu döyüşü xatırlayıb.

“Duqlasa məğlub olandan sonra yenə də məni tək qoymadılar, çünki pulum çox idi. Mən pulsuz qalanda, artıq hamı qaçmışdı. Bilirsən, düşmən səni incidə bilər, amma dostdan bunu gözləmirsən. Belə anlardan sonra həyatın mənasını anlayırsan. Mən ölümdən qorxuram? Bilmirəm, amma həyatımı saxlaya bilmirəm. İstifadə müddətim var. O vaxta qədər çox vacib işlər görülə bilər. Yaşadığım həyatı heç kimə arzulamazdım”, – Tayson deyib.

Noyabrın 15-də Mayk Tayson Ceyk Polla döyüşəcək. Maykın son döyüşü 2020-ci ildə Roy Consa qarşı olub. Bu, heç-heçə bitən və boksçuların rekorduna düşməyən sərgi döyüşü idi.

Aut.az