Formula 1

Şok iddia: Ona qəsdən maneələr yaradırlar

Keçmiş Formula 1 sürücüsü və hazırda ekspert Kristian Danner Yaponiya Qran Prisinin ikinci məşq sessiyasında avstraliyalı “Alp” sürücüsü Cek Duenin qəzaya uğraması barədə danışıb

Aut.az xəbər verir ki, Dannerin sözlərini “Nextgen-Auto” nəşri sitat gətirib.

“Əgər o, həqiqətən simulyatorda DRS açıq vəziyyətdə birinci döngəyə girməyə cəhd edibsə və işə yarayıbsa, o zaman mühəndis içəri girib ona deməlidir: “Mən sizə bunu real şəraitdə sınamamağı məsləhət görürəm!” Amma bu edilməyib.

Bunu belə izah etmək olar ki, onlar Duenin həyatını qəsdən çətinləşdirirlər. Bununla ona ümid edirlər ki, nə vaxtsa, “bağışlayın, o, kifayət qədər yaxşı deyil” deyə bilsinlər”, – Danner “deyib.

Aut.az