İtaliya

Moskvaya səfərin bədəli: Təhqir olunur, hədələyirlər

İtaliya millisinin sabiq hücumçusu Françesko Totti aprelin 8-də Moskvada İrina Viner Gimnastika Sarayında keçirilən “RB Prize-2025” beynəlxalq mükafatının təqdimat mərasimində iştirak edib.

Aut.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri 48 yaşlı italiyalı əfsanəni rusiyayönlü təbliğatda günahlandırıb. Həmçinin keçmiş futbolçunu təhqir edib, ünvanına hədələr yazıblar.

“Mənim Moskvaya işgüzar səfərim artıq bir neçə gündür ki, sonsuz mübahisələrə səbəb olur. Amma mən siyasətçi və ya diplomat deyiləm, bütün dünyada idman dəyərlərini təbliğ edən idman adamıyam”, – deyə Totti tənqidlərə münasibət bildirib.

Aut.az