İngiltərə

“Liverpul” onlarla hər şeyi razılaşdırdı: İmzalanır

“Liverpul”un 32 yaşlı vingeri Məhəmməd Salah klubu ilə yeni müqavilə imzalamağa yaxındır.

Aut.az xəbər verir ki, bu barədə insayder və jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində məlumat verib.

Mənbənin sözlərinə görə, saziş hazırda yekun mərhələdədir. Qeyd olunur ki, klub 33 yaşlı müdafiəçi və komandanın kapitanı Vircil van Deyklə də tezliklə müqavilənin uzadılacağına əmindir.

Salah bu mövsüm bütün turnirlərdə 43 oyun keçirib, 32 qol vurub və 22 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.

Van Deyk bu mövsüm bütün turnirlərdə 43 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 28 milyon avrodur.

Aut.az