Boks

Mətbuat konfransında ara qarışdı: Masanı aşırdı – VİDEO

Zhami Tşikeva və David Adeleye arasında boks döyüşü üçün keçirilən mətbuat konfransı zamanı əsl emosiya partlayışı yaşanıb.

Aut.az xəbər verir ki, hər şey tipik şifahi mübahisə ilə başlayıb. Lakin Adeleye əsəblərinə hakim olmayıb. Boksçu qışqıraraq masanı vurmağa başlayıb ə “inanın mənə, mən həqiqətəm! İnanın, mən həqiqətəm!”, – deyib.

Buna cavab olaraq Tşikeva təmkinini itirib, rəqibini qorxaqlıqda ittiham edbi və hər kəsin qarşısında masanı aşırıb.

Təhlükəsizlik xidmətnin əməkdaşları dərhal səhnəyə qaçıb və məsələnin böyüməsinə imkan verməyiblər.

Qeyd edək ki, Bu, onlar arasında ilk insident deyil. Bir gün əvvəl onlar səhnə arxasında da dava salıblar. Ona görə də mühafizəçilər ayıq-sayıq olmağa çalışırlar.

Aut.az