Almaniya

Azarkeşlər bu klubun stadionunu aldı

Azarkeş kooperativi “Sankt-Pauli”nin “Millerntrohr” stadionunun nəzarət paketini alıb.

Aut.az xəbər verir ki, bu barədə “piratlar”ın mətbuat xidməti məlumat yayıb.

Xeyriyyə aksiyasına 21 mindən çox insan qoşulub. Ümumilikdə 29,1 milyon dollar toplanıb. Arena Bundesliqada azarkeşlərin mülkiyyətinə keçən ilk idman qurğusu olub.

Kooperasiyaya qoşulan hər kəs 917 dollar xərcləyib. Bunun 100 dolları ödənişlərə və müxtəlif töhfələrə yönəlib. Səhmlərin alınması hər kəsə komanda kapitanı Cekson İrvin ilə şam yeməyi, VIP paketlər və sair daxil olmaqla, uduş tirajlarında iştirak etmək hüququ verib.

Maraqlıdır ki, 2003-cü ildə “Sankt Pauli”nin maliyyə problemlərinin həllinə kömək edən “Bayern”in prezidenti Uli Höness də kooperativə qoşulub.

“Piratlar”ın direktorunun fikrincə, belə bir addım ən qısa müddətdə klubun maliyyə yükünü azaltmağa kömək edəcək.