AlmaniyaAzərbaycan futbolu

“Neftçi” almaniyalı futbolçu transfer etdi – FOTO

“Neftçi” heyətinə yeni futbolçu qatıb.

Aut.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” almaniyalı müdafiəçi Robert Bauer ilə anlaşıb. Futbolçu 2 illik müqaviləyə imza atmaq üçün Bakıya gəlib. Tibbi müayinədən keçən 29 yaşlı müdafiəçi 23 nömrəli forma altında çıxış edəcək.

O, son olaraq Səudiyyə Ərəbistanı birinci divizionunda çıxış edən “Əl-Tay”da top qovub. Bauer karyerası ərzində “İnqolştadt”, “Verder Bremen”, “Nurenberq”, “Arsenal Tula” və “Sint-Truiden”də də çıxış edib.

Almaniyanın U-20 və U-21 yığmalarının da formasını geyinib.

Qeyd edək ki, “Neftçi” az öncə sosial şəbəkə hesablarında futbolçunun adını açıqlamasa da, transferin anonsunu təqdim edib.

Aut.az

Robert Bauer hat Werder Bremen verlassen und ist ablösefrei nach Russland gewechselt.