Tennis

Qoff Mayamidə rekorda imza atdı

ABŞ təmsilçisi Koko Qoff Mayamidə keçirilən turnirində həmyerlisi Sofiya Kenini məğlub edərək (6:0, 6:0) tarixi nailiyyətə imza atıb.

Aut.az xəbər verir ki, O, 22-57 yaş arası tennisçilər arasında sərt kortda keçirilən WTA-1000 turnirlərində ən çox qalib olan tenisçi olub. Bu barədə “OptaAce” statistik portalı məlumat yayıb.

Qoff əvvəlki lider danimarkalı Karolin Voznyaçkini bir qələbə qabaqlayıb.

Amerikalı həmyerlisi Medison Keysdən sonra – 2013-cü ildən bəri Mayami turnirində rəqibinə heç bir xal vermədən qalib gələn ən gənc tennisçi olub.

Aut.az