Kamilə 13 ay cəza verildi – Dopinqə görə
Polşalı tennisçi Kamil Mayçjak (ATP 218) diskvalifikasiya alıb.
Aut.az xəbər verir ki, Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi dopinq testindən keçə bilmədiyi üçün onu cəzalandırıb.
27 yaşlı tennisçi keçən il noyabrın sonunda Sofiya, Seul və Yaponiyada keçirilən turnirlərdən sonra müvəqqəti olaraq yarışlardan uzaqlaşdırılmışdı. Həmin vaxt onun qanında qadağan olunmuş 3 maddə (SARM S-22, LGD-4033 və PPARδ agonistləri) aşkarlanmışdı.
Ümumilikdə, diskvalifikasiya 13 ay davam edəcək və dekabrın 29-da başa çatacaq.
Kamilin ATP reytinqində ən yüksək mövqeyi 75-cidir. Onun Challenger səviyyəsində 4 kuboku və ITF turnirlərində 8 qələbəsi var.
