Digər

Maskla Zukerberq  Kolizeydə döyüşməyə icazə verilmədi

Amerikalı milyarderlər İlon Mask və Mark Zukerberq arasında Roma Kolizeyində döyüşün baş tutması qeyri-mümkündür.

Aut.az xəbər verir ki, bu barədə TASS-a qədim kompleksin nümayəndəsi məlumat verib. O aydınlaşdırıb ki, Kolizeydə yalnız xeyriyyə məqsədləri üçün vəsait toplamaq üçün mədəni tədbirlər təşkil olunur.

Qeyd edək ki, İlon Maskla Zukerberq arasında qaydasız döyüşün keçirilməsi gündəmə gəlib. TMZ portalı öz mənbələrinə istinadən məlumat yayıb ki, İtaliya Mədəniyyət Nazirliyi guya milyarderləri Kolizeydə döyüşməyə dəvət edib. İdarə bu məlumatı təkzib edərək xatırladıb ki, Kolizeydə tədbirlərin keçirilməsi ilə bağlı hər bir müraciət ilk növbədə qədim abidənin mühafizə standartlarına uyğunluq əsasında qiymətləndirilir.