Yenilənən “Kamp Nou” nə vaxt təhvil veriləcək?
“Barselona” bu mövsüm “Kamp Nou”ya qayıtmayacaq.
Aut.az xəbər verir ki, bununla əlaqədar olaraq, klub Barselonadakı Olimpiya Stadionunda abonent biletlərinin müddətini 2024/25 mövsümünün sonuna qədər uzadıb. Bu barədə “Athletic” məlumat yayıb.
“Barselona” və tikinti işlərini görən “Limak” yeni stadionun 2026-cı ilin iyununda təhvil verilməsi barədə razılığa gəliblər.
Xatırladaq ki, “Kamp Nou”nun tutumunun 105 minə qədər artırılması ilə yenidən qurulmasına 2023-cü ilin iyununda başlanılıb. O vaxtdan bəri Barselona 55 min tamaşaçı tutumu olan Olimpiya Stadionunda oynayır.
Aut.az
