La Liqa “Real”a cavab verdi: “Barsa”nın da başına gələcək
La Liqa, “Real Madrid”in matçın təxirə salınmasından imtina edilməsi ilə bağlı şikayətinə cavab verib.
Aut.az xəbərt verir ki, La Liqa “kral klubu”nun şikayətini əsassız hesab edib.
Çərşənbə gün Çempionlar Liqasının 1/8 final mərhələsində “Atletiko Madrid”i məğlub edən “Real Madrid” şənbə günü “Vilyarreal”a qalib gəlib (2:1).
Oyundan sonra Madrid klubunun baş məşqçisi Karlo Ançelotti deyib: “Real” sonuncu dəfə 72 saat istirahət etmədən oynayacaq. Biz bunu bir daha etməyəcəyik. La Liqaya iki dəfə oyunu təxirə salmağı xahiş etdik – heç nə”.
“Real”ın televiziyası onu da bildirib ki, klub FİFA-dan onu 72 saatlıq fasiləsiz matçlardan qorumağı xahiş edəcək.
La Liqa, mövsümün bu hissəsinin təqvimi açıqlanan 25 fevraldan bəri “Real”ın təqvimlə bağlı heç nə demədiyini bildirib. Liqadan onu da bildirirlər ki, təqvimin dəyişdirilməsi ilə bağlı müraciətlər əvvəlcədən qəbul edilib və təmin olunub.
Üstəlik, La Liqa matçlar arasında 72 saat istirahətin məcburi tələb deyil, daha çox tövsiyə olduğunu bildirib. Liqa heç bir razılaşmaya daxil edilməsə də, matçlar arasında oyunçulara ən azı iki tam gün istirahət verməyi öhdəsinə götürüb və bu tələb yerinə yetirilib.
Qeyd olunur ki, çərşənbə günü Çempionlar Liqasında, şənbə günü isə La Liqada çıxış edən “Real Madrid”in başına gələnlər “Barselona”nın da Çempionlar Liqasının növbəti turunda baş verəcək, çünki kataloniyalılar çərşənbə günü ilk oyunu, çərşənbə axşamı isə cavab matçını keçirəcəklər. Beləliklə, “Barsa” 9 aprel çərşənbə günü Dortmund “Borussiya”sı ilə, 12 aprel şənbə günü isə La Liqada “Leqanes”lə, 15 aprel çərşənbə axşamı günü isə yenidən alman klubu ilə qarşılaşacaq.
Aut.az
