Dünya futbolu

Ronaldo əvəzlənməsinə sərt reaksiya verdi – FOTO

Kriştiano Ronaldo “Əl-Xolud”la qarşılaşmanın 61-ci dəqiqəsində (3:1) əvəzlənməsindən narazı qalıb.

Aut.az xəbər verir ki, “Əl-Nəsr”in forvardı meydanı tərk edərkən məyus görünüb və dərhal əllərini yuxarı qaldıraraq paltardəyişmə otağına gedib.

4-cü dəqiqədə 40 yaşlı portuqaliyalı oyunda hesabı açıb, Səudiyyə Ərəbistanı çempionatında 19-cu qolunu vurub və bombardirlər yarışında liderliyini möhkəmləndirib.

Ronaldo son 7 liqa matçında 4 dəfə əvəzlənib.

Ronaldo əvəzlənməsinə sərt reaksiya verdi – FOTO

Aut.az