İtaliyada argentinalıya ağır cəza verildi – İrqçilik
İtaliyanın “Kremenoze” klubunda çıxış edən argentinalı futbolçu Franko Vaskes B Seriyasının 26-cı turunun səfər oyununda “Bari”nin müdafiəçisi Mehdi Dorvala qarşı irqçilik etdiyinə görə 10 oyunluq diskvalifikasiya edilib.
Aut.az xəbər verir ki, “Bari” – “Kremonese” matçı fevralın 15-də baş tutub və 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Oyunun sonunda Vaskes Dorvala qarşı irqi söyüş işlədib. Bundan sonra əlcəzairli fransalı futbolçu meydanı göz yaşları içində tərk edib.
“Bari”nin baş məşqçisi həmin matçdan sonra deyib ki, Franko çox təhqiramiz bir ifadə işlədib.
“Kremoneze” bəyan edib ki, Franko Vaskes günahsızlığını sübut etmək niyyətindədir.
Aut.az
