İtaliya

Emosiyalarını cilovlaya bilmədi, onu itələdi

“Milan” və Portuqaliya millisinin hücumçusu Rafael Leao İtaliya A Seriyasının 29-cu turunda “Latsio” ilə oyunda (0:1) əvəzləndikdən sonra emosiyalarını cilovlaya bilməyərək baş məşqçi Massimiliano Alleqri ilə mübahisə edib.

Aut.az xəbər verir ki, Leao 66-cı dəqiqədə əvəzlənib. Oyunçu ilə məşqçi arasındakı qarşıdurma kameraya düşüb. Alleqri əvəzetmədən sonra portuqaliyalı oyunçunu sakitləşdirməyə çalışsa da, hücumçu onu itələyib.

Bu mövsüm Leao bütün yarışlarda 24 oyunda meydana çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 70 milyon avrodur.

Aut.az