İtaliya

3 dəqiqəyə sıradan çıxan futbolçunun durumu açıqlandı

“İnter”in və Polşa millisinin mərkəz yarımmüdafiəçisi Pyotr Zielinski İtaliya çempionatının 28-ci turunda “Monza” ilə oyunda (3:2) ciddi zədə alıb.

Aut.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi 70-ci dəqiqədə meydana çıxsa da, 3 dəqiqə sonra zədə səbəbindən əvəzlənib.

“La Gazzetta dello Sport”un məlumatına görə, Zielinski baldır əzələsindəki zədə səbəbindən bir ay yarımdan iki aya qədər meydana çıxa bilməyəcək.

“İnter”dəki ilk mövsümündə Zielinski bütün yarışlarda 33 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə verib.