Dünya futbolu

FİFA KDÇ-də milyard paylayacaq

Klublararası dünya çempionatının iştirakçıları arasında 1 milyard dollar mükafat paylanacaq.

Aut.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb. Bildirilir ki, turnirin büdcəsi 2 milyard dollar olacaq və bu məbləğin yarısı iştirak edəcək 32 kluba ayrılacaq.

İştiraka görə 575 milyon, nəticələrə uyğun olaraq isə 465 milyon paylanacaq.

Təxminən 850 milyon dollar xərcləri ödəməyə, qalan 150 milyon dollar isə “həmrəylik fonduna” gedəcək və daha sonra dünya çempionatını buraxan klublar arasında bölüşdürüləcək.

“Mançester Siti” və “Çelsi”nin potensial gəlirləri də nümunə kimi göstərilib. Bu komandalar mundialın nəticələrinə görə 60 milyondan 90 milyon dollara qədər pul ala biləcəklər. Digər mənbələrə görə – təxminən 100 milyon.

Aut.az