Dünyanın ən bahalı qapıçısı bəlli oldu
Nüfuzlu onlayn portal “Transfermarkt” bu gün dünyanın ən bahalı 10 qapıçısının siyahısını dərc edib.
Aut.az xəbər verir ki, ən bahalı qapıçı “Mançester Siti”nin və İtaliya millisinin qapıçısı Canluici Donnarummadır.
Onun dəyəri 45 milyon avrodur.
Reytinqdə ikinci yerdə “Porto”nun qapıçısı Dioqo Kosta (40 milyon avro), üçüncü yerdə isə “Borussiya Dortmund”un qapıçısı Qreqor Kobel (40 milyon avro) qərarlaşıb.
Donnarumma 2025-ci ilin yayından bəri “Mançester Siti”də oynayır. İtaliyalı qapıçı əvvəllər PSJ klubunu təmsil edib.
Aut.az
