İngiltərə

Qvardiola şikayətləndi, FA cavab verdi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Kubokunda istifadə edilən topdan şikayətlənib.

Aut.az xəbər verir ki, o, futbolçuların narazı qaldığını bildirib:

“Bu topa nəzarət etmək çətindir. Şikayət edirəm deyəsən, amma oyunçuların çoxu bunu dedi. Top bizə lazım olan şeydir. Mən başa düşürəm ki, bu, bir işdir və bizim müəyyən tərəfdaşlıq müqavilələrimiz var, amma bilirsinizmi, qapının üstündən neçə zərbə vurulub? Digər oyunlarada baxın”.

İngiltərə Futbol Assosiasiyasının (FA) nümayəndəsi Qvariolaya cavab olaraq qeyd edib ki, “Mitre” şirkətinin “Ultimax Pro” topu bütün lazımi sınaqlardan və FİFA-nın sertifikatlarından keçib.

Xatırladaq ki, 1/8 final matçında “Mançester Siti” “Plimut” a 3:1 hesabı ilə qalib gəlib.

Aut.az