O, Ronaldo, Messi olmaq istəmirdi – Kandi kimi deyir?
“Çelsi” və “Tottenhem”in sabiq futbolçusu Ceyson Kandi Eden Azar haqqında danışıb.
“Azar indiyə qədər gördüyüm ən yaxşı “Çelsi” oyunçusudur. Amma hər şey bu qədər asan olanda… O, dünyanın ən yaxşısı olmaq istəmirdi. O, Ronaldo, Messi olmaq istəmirdi.
Azar etdiyi işdən məmnun idi. Görmədiyim üçün həftə ərzində nə etdiyini bilmirəm. Ancaq hər şənbə günü Eden meydançaya çıxanda, meydanın ən yaxşı oyunçusu idi”, – Kandi deyib.
Aut.az
