“Çelsi”nin bu oyunçusunu soruşdular: Tanımadı, şoka düşdü
“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino Premyer Liqada “Luton Taun” ilə oyundan (3:0) sonra keçirilən mətbuat konfransında yöndəmsiz vəziyyətə düşüb.
“Mavilərin” çalışdırıcısından ötən mövsüm “Monako”da icarə əsasında çıxış edən müdafiəçi Malanq Sarrın hara yoxa çıxması haqda soruşulub.
Poçettino belə bir oyunçu tanımadığını bildirib və dialoqu zarafata çevirməyə cəhd göstərib:
“Kim? Aman Tanrım, Malanq Sarr? Nə deyəcəyimi bilmirəm. Mən belə bir suala hazır deyildim. Məni təəccübləndirdin. Sanki üzümə yumruq dəydi. Biz “Luton”dan danışırdıq”.
Müdafiəçi Malanq Sarr “Monako”dan “Çelsi”yə qayıtsa da, bu mövsüm bir dəfə də oynamayıb.
Aut.az
